İrandan Rusiyanı rahat edəcək bəyanat » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İrandan Rusiyanı rahat edəcək bəyanat

İrandan Rusiyanı rahat edəcək bəyanat


İran "Türk Axını"na qoşula biləcəyini ifadə edib.

ANS PRESS-in məlumatına görə, İranın Milli Qaz Şirkətinin Beynəlxalq Əlaqələr müdiri Azizullah Ramezani İranın təbii qazını Avropaya daşımaq üçün "Türk Axını"nından istifadə edə biləcəklərini söyləyib.

İranın təbii qazını ixrac etmək üçün 5-6 variantı olduğunu deyən Ramezani "Türk Axını" ilə bağlı danışıqlar aparmadıqlarını deyib: "Rusiya və Türkiyənin boru xətlərinin Avropaya çatdığı nöqtə eyni zamanda İran boru xətlərinin Avropaya çatdığı nöqtə ola bilər".

İranın Avropaya təbii qaz ixracı üçün Türkiyə ərazisindən istifadənin mümkün olduğunu deyən Remazini bunun ancaq Qərb ölkələrinin Tehrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılması vəziyyətində realaşa biləcəyini bildirib.

Onun sözlərinə görə, İran üçün uğurlu iqtisadi marşrut barədə qərar sanksiyalar ortadan qaldırılandan sonra veriləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *