Bakı metrosunda kreativ sərgi – FOTO
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Bakı Metropoliteni” QSC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “LAYF” İctimai Birliyinin əməkdaşlığı ilə Bakı Metropoliteninin N.Nərimanov stansiyasının təmirdən yeni çıxmış keçidlərindəki xüsusi sərgi qalereyasında rəsm sərgisi açıllb.
LAYF” İctimai Birliyi mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, birliyin icraçı direktoru Emil Vəliyev, rəsm sərgisinin keçririlməsində məqsədin ölkədə uşaqlar arasında geniş yayılan talassemiya və digər qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək, könüllü qan donorlarına olan ehtiyacı və zəruriyyəti nümayiş etdirmək olduğunu bildirib. 2 ay davam edəcək rəsm sərgisi bütün ziyarətçilər üçün açıq elan edilib.
Açılış mərasimində “Bakı Metropoliteni” QSC-nin İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, “LAYF” İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev, dəyərli millət vəkili Adil Əliyev, Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva və bir sıra dövlət və qeyri dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sərgidə “Uşaqların inkişafında idmanın rolu”; “Qan donorluğunun təbliği və bu təbliğatın uşaqların sağlamlığında önəmi”; “Odlar Yurdu Azərbaycan”mövzularında 5-17 yaş arası uşaqlar tərəfindən çəkilmiş rəsm əsərləri nümayiş etdirilir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq uşaqların rəsm əsərlərindən ibarət sərgi qeyri-məhdud auditoriya ucun “Bakı Metropoliteni” QSC-nin ev sahibliyi və dəstəyi ilə iki aydan daha çox müddətd yüz minlərlə vətəndaşımızın və ölkəmizin qonaqlarının ixtiyarında olacaq. Ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunlarını nəzərə alaraq rəsm əsərləri haqqında məlumat həm Azərbaycan, həm də ingilis dilində göstəriləcək. Stansiyanın hər iki çıxışında 80 rəsm əsəri nümayişi həyata keçirilir. Təşkilatçılar bu sərgi sayəsində “Donorluğu” təbliğ etməklə yanaşı azyaşlılar arasında rəssamlığa marağı artırmaq və gələcəkdə dünya mədəniyyəti və incəsənəti sahəsində ölkəmizin adını yüksəldəcək rəssamların yetişməsi üçün münbit çərait yaradır.
Sərgidə Bakı şəhərində fəaliyyət göstərən onlarla rəsm studiyası, orta məktəb və mədəniyyət evləri iştirak edirlər. Layihənin müəllifləri “LAYF” İctimai Birliyi və “Bakı Metropoliteni” QSC tərəfindən önümüzdəki aylarda Metropoliteninin digər stansiyalarında da rəsm və foto sərgilərin keçirilməsini planlaşdırır.
Mənbə:> ANSPRESS