Türk mafiozu Ərdoğanla Əliyevə qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maraqlı

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı



Biz ata Əliyevin öz miqyasına və nüfuzuna görə inanılmaz olan irreal layihəsinin (Bakı-Tiflis-Ceyhan) həyata keçirilməsi, yaxud da oğul Əliyevin geosiyasət teatrının səhnəsində quruluş verdiyi “Nabucco” layihəsi kimi doğrudan da fantasmaqorik hadisələrlə zəngin bir dövrün müasirləri olaraq Azərbaycanın ən yeni tarixinin ən həlledici və kritik kəsiyində dünyanın güclü insanlarının görünməmiş səylərinin şahidi olmuşuq.

Yırtıcı-talançı imperializmin maraqları liberal demokratiya ilə eyniləşdirilən romantik azadlıqsevərliklə pərdələnib. Halbuki liberal demokratiyanın özü Qərb cəmiyyətinin özündə belə çoxdandır zamanın yamağına çevrilən dissident qəhrəmanlığı anlamına, daha doğrusu, sosial qiymətləndirmələrdə dekadentlik mənasına gəlir. Bu, özünü yalançı liberal institutların başqasının iradəsinə tabe olmayan üsyankar Azərbaycana qarşı hər cəhddə göstərir.

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


Hər kəsin öz qiyməti var

Marksizmin süqutu və dünya sol hərəkatının kollapsı ədalətli Qərb illüziyasını bir anda yenidən geri qaytardı. Sanki Don Kixot cildinə girmiş bu mömin və ədalətli Qərb yenidən məğlubedilməz dəyirman-diktatorlarla döyüşə atılıb. Azad Qərb və öz hökmdarları tərəfindən əzilən, istismar edilən Şərq...

Biz şərqli hökmdarların qanunazidd əməllərini ifşa edən cəsur qərbli jurnalistlərin maraqlı araşdırma yazılarını necə də maraqla oxuyurduq. Amerikalı, alman və ya fransız reportyorların diktatura, teokratiya və totalitar sistemlərin devrilməsini və süqutunu bəyan edən məlumatlarını necə də acgözlüklə oxuyurduq. Lakin bütün bunlar planetin yalnız bir hissəsindən gələn xəbərlər idi...

Konkret dövlətlərə, sanki kimsə tərəfindən müəyyən edilmiş dövlətlərə xüsusi maraq bəzən müəyyən şübhələr yaradırdı. Almaniyadakı, ABŞ-dakı, Avstriyadakı səs-küylü korrupsiya qalmaqallar seriyasından sonra isə həmin bu jurnalistlərin daxili siyasi xarakterli problemlərə ehtiyatlı münasibəti, bundan nümayişkaranə şəkildə məsafə saxlaması artıq açıq-aşkar anlaşılmaz görünməyə başladı.

Nüfuzlu Qərb qəzetlərinin səhifələri uzaq Tyananmen meydanından, yaxud Honkonqdakı tələbə etirazlarından qan qoxulu reportajlarla dolub-daşırdı. Biz hələ İrandakı yaşıl inqilabı, yaxud Keniyadakı etirazları demirik. Amma bütün dünyanın baxdığı telekanalların xəbərlər proqramlarında Ştutqartda mitinqlərin qan içində boğulub dağıdılması, yaxud Danimarkada müsəlmanlara divan tutulması barədə nədənsə heç bir məlumat verilmirdi. Bu haqda susurdular.

Daha sonra isə həmin bu telekanallar həqiqətin üzünə dik baxmağa cürət göstərən, məsələn, ABŞ ordusunun İraqa yeridilməsini zülm və əsarətdən azad olmaq yox, intervensiya, təcavüz adlandıran jurnalistləri işdən qovmağa başladılar.

Alman hüquq müdafiəçilərinin hazırladığı və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Almaniyada “verbovka” elədiyi jurnalistlərin sayını göstərən son hesabatlarından biri isə adamı ümumiyyətlə şoka salırdı. Oradan məlum olurdu ki, hamının hörmətlə yanaşdığı bu peşədə heç də hər şey o qədər də romantik deyil.

Bundan bir az sonra isə həmin bu MKİ-nin polkovnikindən sensasion etiraf gəldi. O dedi ki, hər kəsin öz qiyməti var...

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


Əslində pərdəni çox tez qaldırdılar. Və həmin pərdənin arxasındakı həqiqət - görkəmli alman publisisti Udo Ulfkottenin çox səlis ifadə etdiyi “satqın Qərb jurnalistikasının mahiyyəti” bütün çılpaqlığı ilə göründü.

Jurnalistika bir zamanlar qladiator döyüşləri meydanını təcəssüm etdirirdi. Lakin sonra tez ayıldılar. Marionet teatrının yaradıcılıq emalatxanasına başqa gölə baxmağa başladılar. Belə emalatxanaların birində isə Şərqi Avropa və keçmiş sovet ölkələrindən olan araşdırmaçı-jurnalistlərin konsorsiumu doğuldu. Bu ittifaq da özünə nədənsə Sorosun və ABŞ hökumətinin (USAİD) maliyyələşdirdiyi qurumlarla eyni çətir altında yer tapdı. Özü də heç də təsadüfən yox...

Və yenə də heç də təsadüfi olmayan bir hadisə baş verdi: Sorosun və ABŞ hökumətinin pulları ilə yaradılmış bu konsorsium rəsmən Jurnalistikanın İnkişafı Assosiasiyası adlandırıldı. Nəhayət, təsadüf adlandıra bilməyəcəyimiz daha bir hadisə: bu assosiasiya ABŞ-da, Merilend ştatında rəsmən qeydiyyata alındı.

Bu konsorsium meydana çıxandan dərhal sonra heyrətamiz şəkildə uğur qazanmağa başladı. Özü də uğur uğurun dalınca gəlirdi! Sanki nağıllardakı möcüzə idi! Konsorsium çox sirli-möcüzəvi şəkildə bütün dünyadakı minlərlə offşor şirkətlərin bank hesablarına çıxış əldə edə bildi!

Lakin ən maraqlısı bu da deyildi. Çox maraqlıdır ki, bu “cəsur” jurnalistlərin sirli-sehrli siyahısına düşənlərin hamısının münasibətləri ABŞ hökuməti ilə yumşaq desək, bu və ya digər səbəbdən mürəkkəbdir. Və onların yazılarında Qərbin ünvanına heç bir tənqid yoxdur. Bu jurnalistlər yırtıcı imperializmlə münasibətlərdəki bütün “iti tinlər”in yanından səliqə ilə, müticəsinə və uzaqgörənliklə ötüb keçirlər, onlara toxunmurlar.

Onlar Avropanın düz ortasındakı nəhəng korrupsiya layihəsini israrla görməməzliyə vururlar. Villi Brandt aeroportunun tikintisinin hələ də başa çatmaması onların vecinə də deyil. Havaya sovrulan milyardların taleyi onları əsla maraqlandırmır. Biz hələ Almaniya Mərkəzi Bankının alman banklarını xilas etmək üçün ayırdığı yüz milyardlarla avronun tam nəzarətsizlik şəraitində idarə olunmasından danışmırıq.

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


Vyana aeroportu ətrafındakı korrupsiya qalmaqalının tarixçəsi də bu “cəsur və ağıllı” jurnalistlərdən ötrü əhəmiyyətsiz və mənasız bir şeydir. Onlar heç fransız komissarı Erlik Fredin “Şarli Nebdo” hadisələrindən dərhal sonra qəfil və şübhəli ölümü haqda da düşünmək istəmirlər... Əvəzində onların obyektivi yalnız Amerika xüsusi xidmət orqanlarının hədəfindəki ölkələrə və hökumətlərə tuşlanıb. Və çox qəribədir ki, bu araşdırmaçı-jurnalistlərin heç biri İsveç prokurorluğu tərəfindən zorlamada ittiham edilməyib. Yox, onlar əzabkeş Assancın yolu ilə getməyəcəklər. Onların Ekvadorda nə işi var?! Üstəlik korrupsionerlər özləri də onların sıralarına qoşulur. Məsələn, Aydın Doğan kimi media oliqarxları...

Aydın Doğan Türkiyəni necə talayırdı...

Əlbəttə, “Hürriyet”dən olan türk araşdırmaçılarının müxtəlif ölkələrdə araşdırma aparmasına heç bir məhdudiyyət yoxdur. Ancaq yada salsaq ki bu qəzetin sahibi məşhur türk mafiozu Aydın Doğandır, o zaman türk jurnalistlərinin başqa ölkələrin problemlərinə həqiqi marağı bir çox suallar doğurur. Nədən bu araşdırmanı elə Aydın Doğanın özündən başlamayasan?

Türkiyənin CNN Türk, Kanal D, Euro D kimi nüfuzlu telekanallarının, habelə “Hürriyet”, “Posta”, “Radikal” kimi bir çox məşhur çap nəşrlərinin sahibi olan Aydın Doğan bütün bunlardan əlavə “Petrol Ofisi” adlı neft şirkətinin sahibidir (doğrudur, bir neçə il əvvəl Doğan bu şirkətin nəzarət səhm paketini Almaniyanın RWE konserninə satıb).

Yeri gəlmişkən, uzağa getmədən elə bu şirkətdən başlamaq olar. Aydın Doğanın dövlətə məxsus neft şirkəti “Petrol Ofisi”ni fırıldaqçı üsulla necə ələ keçirdiyini Türkiyədə yaxşı xatırlayırılar. Bu haqda vaxtilə türk mediası geniş yazıb. 2000-ci ildə “Petrol Ofisi” Türkiyənin ən gəlirli dövlət şirkətlərindən biri idi.

Aydın Doğan bu şirkəti ələ keçirmək üçün “İş Bankası” ilə ortaq “İş-Doğan A.Ş.” adlı şirkət qurub. Daha sonra bu şirkət bir neçə bankın daxil olduğu konsorsiumdan borc alaraq “Petrol Ofisi”ni alıb. Bununla da şirkət 1,2 milyard dollar borcun altına girib.

“İş-Doğan A.Ş.” şirkəti isə “Petrol Ofisi”ni alandan sonra bu borcu “Petrol Ofisi”nin gəlirləri hesabına ödəməyə başlayıb. Başqa sözlə, Aydın Doğan cibindən bir qəpik də xərcləmədən dövlətə məxsus neft şirkətini həmin şirkətin öz gəlirləri hesabına, quldur metodları ilə ələ keçirmiş olub.

Dövlət isə ona məxsus olan şirkəti satsa da pulunu da elə həmin şirkətdən alıb. Aydın Doğan “Petrol Ofisi”ni almaq üçün banklardan kredit istəyərkən borc təminatı kimi elə həmin şirkəti göstərmişdi. Doğanın “Petrol Ofisi”ni bu şirkətin özünün gəlirləri hesabına alması nəticəsində şirkətin gəlirləri kəskin azalıb.

Türkiyədə ilk dəfədir korrupsiyanın bu üsulu tətbiq edilirdi və Aydın Doğanın “Petrol Ofisi”ni ələ keçirməsi Türkiyənin ən iri korrupsiya əməliyyatlarından biri hesab olunurdu.

Yaxud Aydın Doğanın Türkiyə ordusunun generaliteti ilə korrupsiya əlaqələri sayəsində tenderdə uduzduğu halda xüsusi əmrlə necə qalib elan edildiyini öyrənmək üçün uzağa getmək lazım deyil. Bu haqda istefada olan general, jandarma kəşfiyyatının keçmiş rəisi, keçmiş MHP-çi Altay Tokatın mətbuata göndərdiyi məktubda yazılıb.

2001-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ehtiyacı üçün 450 min ton yanacağın alınmasına dair keçirilən tenderdə Aydın Doğanın “Petrol Ofisi” şirkəti korrupsiya sövdələşməsi sayəsində qalib elan edilib.

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


Həmin tenderdə ən sərfəli qiymət təklif edən şirkət (“Tarhan Şirketi”) qalib gəlib, Aydın Doğanın şirkəti tenderdən çəkilib. Buna baxmayaraq xüsusi əmrlə tenderin qalibi “Petrol Ofisi” elan edilib.

General “Petrol Ofisi”nin bu tenderdə qalib elan edilməsini Aydın Doğanla silahlı qüvvələrin o vaxtkı komandanlığı arasında korrupsiya əlaqələri ilə izah edirdi.

Bu da təsadüfi deyil. Bir vaxtlar Aydın Doğan Türkiyənin ən qüdrətli oliqarxı idi-nəzarətindəki KİV-lərin və əlində cəmləşdirdiyi nəhəng kapitalın, generalitetlə əlaqələrinin sayəsində istəsə hökumətləri də dəyişə bilirdi.

Lakin AKP-nin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişməyə başladı-Ərdoğan elan etdi ki, media patronlarının göstərişi ilə oturub-duran baş nazir olmayacaq.

Rekord - 2,5 milyard dollar!

Cəmi bir neçə il əvvəl həmin Aydın Doğan Türkiyənin ən iri məbləğdə vergi cəzasına məhkum edilən iş adamı kimi rekord vurdu.

2009-cu ildə Türkiyənin Maliyyə Nazirliyi Aydın Doğanın holdinqini rekord məbləğdə - 2,5 milyard dollar vergi ödəməyə məhkum edib. Nazirliyin müfəttişlərinin iki ildən çox davam edən araşdırmaları nəticəsində məlum olmuşdu ki, “Doğan Group”un rəhbərləri 2006-cı ilin dekabr ayında holdinqə daxil olan şirkətlərin səhmlərini üç həftə ərzində bir şirkətdən digərinə satıb, bu zaman milyardlarla dolları vergidən gizlədib.

Həmçinin holdinq Almaniyanın “Axel Springer” şirkəti ilə Türkiyənin Radio-Televiziya Yüksək Kurumunun (RTÜK) qaydalarına zidd olaraq ortaqlıq qurub.

RTÜK-ün qaydalarına görə, Türkiyənin media qurumlarının səhmlərinin ən çoxu 25 faizi xarici şirkətlərə satıla bilər. A.Doğan isə bu limiti keçib. Həmçinin Türkiyə qanunlarına görə xarici şirkət Türkiyədə ancaq bir KİV-ə ortaq ola bilər. Aydın Doğan isə holdinqinin 25 faizindən çoxunu “Axel Springer”ə satıb. Onun holdinqinin tərkibində 28-dən çox qəzet, agentlik və telekanal yer alırdı.

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


Ancaq vaxtilə dövlətin neft şirkətini cibindən bir qəpik də xərcləmədən xüsusi istedadla ələ keçirən Doğan növbəti dəfə dolaşıq fırıldaq sxemi qurub. Türkiyə qanunlarının yaratdığı maneəni aşmaq üçün üç həftə ərzində holdinqinin səhmlərini müxtəlif offşor şirkətlər arasında dövr etdirib, kağız üzərində səhmlərin bir şirkətdən digərinə satılmasını, sonra yenidən alınmasını həyata keçirib.

Bu maxinasiya nəticəsində Aydın Doğan həm RTÜK-ü aldadıb, həm holdinqin səhmlərinin satışından əldə edilən gəlirləri vergidən yayındırıb.

Həmçinin araşdırma üzə çıxarıb ki, “Doğan Group”a daxil olan şirkətlər bir neçə gün ərzində bir-birlərinə bazar dəyərindən qat-qat ucuz qiymətə səhm satışı həyata keçiriblər. O vaxt Aydın Doğan holdinqində üzə çıxan bu maxinasiyalara görə milyardlarla dollarlıq vergi cəzası ilə üzləşməsini “Türkiyədə söz azadlığına təzyiq” kimi qiymətləndirmişdi.

Mediamaqnat Qərbdə və Türkiyədə geniş təbliğat kampaniyası başladaraq Ərdoğanın “söz azadlığının sonuncu qalasına hücumuna” dünya ictimaiyyətinin dəqqətini cəıb etməyə çalışırdı. Lakin daha sonra mediamaqnat hökumətlə anlaşdı və vergi cinayətlərinin əfvinə dair qanundan faydalanaraq kəsilən cərimənin təxminən 800 milyon dollarını ödədi, qalan hissəsi əfv olundu.

Ümumiyyətlə, vergidən yayınmağın ən hiyləgər üsullarını Türkiyədə Aydın Doğandan yaxşı fikirləşib tapan çox az olar. Vergilərdən yayınmaq türkiyəli mediaşulerin sevimli metodudur. Məsələn, Türkiyənin Sərmayə Piyasası Kurulu (İnvestisiya Bazarı Şurası) tərəfindən aparılan araşdırmalara görə “Dogan Group” holdinqin mülkiyyətində olan “Milliyet”, “Hürriyet” və digər qəzetlər üçün (“Milliyet”i artıq satıb) xaricdən kağız alınması zamanı offşor şirkətlər üzərindən idxal əməliyyatları həyata keçirib. Nəticədə müntəzəm olaraq milyonlarla dollar məbləğində vergilərdən yayınıb.

Holdinq patronu təxminən 1998-ci ildən 2008-ci ilə qədər offşor şirkətlər üzərindən qəzet kağızı idxalı həyata keçirərək vergidən gizlədilən gəlirləri öz hesabına yatırıb.

Həmçinin Türkiyənin Maliyyə Nazirliyinin bu offşor şirkətlər barədə sorğusuna cavab verməyib. Həmin offşor şirkətlərə heç bir aidiyyatının olmadığını, onların barəsində qeydiyyatda olduqları ölkələrdən məlumat alınmalı olduğunu bildirib.

Lakin aparılan araşdırma zamanı bu offşor şirkətlərin Aydın Doğanın yaxınlarının adına qeydiyyatdan keçdiyi üzə çıxıb. SPK “Doğan Group” barəsində cinayət işinin qaldırılması üçün topladığı faktları prokurluğa göndərib.

Gülənin müttəfiqi

Və həmin bu Doğan öz şüurlu həyatının xeyli hissəsini Azərbaycana qarşı düşmənçilik münasibətinə həsr edib. O, öz nifrətini bu gün də büruzə verməkdədir.

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


Aydın Doğanın Azərbaycana qarşı pis ört-basdır edilmiş düşmənçilik mövqeyi təkcə onun erməni köklərindən irəli gəlmir (türk istebleşmentindəki bədxahları deyirlər ki, Aydın Doğan etnik ermənidir və türk ailəsində böyüyüb).

Görünür, bu münasibətin arxasında onun hamıya yaxşı tanış olan Fətullah Gülənin başçılıq etdiyi, Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlı olan nurçular qrupu ilə son zamanlar yaranan müttəfiqliyi də dayanır.

Fətullah Gülənə yaxın konqresmenlər Aydın Doğanın KİV-lərinə qarşı təzyiqlər edildiyi barədə bəyanatlar verir, Türkiyədə media azadlıqlarının boğulduğuna dair qətnamə layihəsi hazırlayıb. Bu qətnamə layihəsində “Doğan qrupuna daxil olan “müstəqil və məsuliyyətli KİV-lərin sıxışdırıldığı” xüsusi qeyd olunur.

Məhz bu Doğan...

Bəli, bəli, məhz Vaşinqtondan dəstəklənən bu “məsuliyyətli və müstəqil KİV-lər” heç bir ilkin şərt irəli sürmədən yəni Azərbaycanın milli maraqlarını bir kənara ataraq Türkiyənin Ermənistanla barışması, sərhədlərini açması ideyasını təbliğ edirdi.

Azərbaycanda və Türkiyədə heç kimin yadından çıxmayıb ki, Aydın Doğanın media holdinqinə daxil olan KİV-lər 2007-2009-cu illərdə bir hissəsi Azərbaycandan gizli həyata keçirilən, iflasa uğramış Türkiyə-Ermənistan barışıq prosesinin əsas PR-çısı idi.

Türkiyə və Ermənistan diplomatları arasında Sürixdə otellərdən birində gizli danışıqların başladığı haqda xəbəri ilk yayan da məhz Doğanın ruporu “Hürriyet” olmuşdu.

Qəzet Türkiyə hökumətinin Ermənistanla barışıq və sərhədləri açmaq səylərinə dəstək verirdi, bu zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması şərtinin kənara qoyulacağını göstərirdi.

Proses başlayandan etibarən Doğanın KİV-ləri Türkiyənin Qarabağın işğaldan azad edilməsini gözləmədən Ermənistanla sərhədləri açması planına çox fəal dəstək verirdi, hökumətin “erməni açılımı” geniş təbliğ olunurdu.

Holdinqə daxil olan KİV-lərin əməkdaşları, o cümlədən Aydın Doğanın telekanallarının çəkiliş qrupu tez-tez İrəvana, Ermənistan-Türkiyə sərhədinə ezam edilirdi.

Həmçinin Doğanın qəzetləri tez-tez Qarabağ məsələsində Azərbaycan ictimaiyyətini çaşdırmağa yönəlmiş dezinformasiyalar yayırdı. İddia edilirdi ki, Azərbaycan 1-2 rayonun qaytarılması şərti ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razıdır, yaxud Türkiyə hökuməti Ermənistanla bir neçə rayonun boşaldılmasına dair razılıq əldə edib.

Azərbaycan rəsmiləri hər dəfə Doğan qrupunun bu dezinformasiyalarını təkzib etmək üçün xeyli səy göstərməli olurdular.

Həmçinin o zaman “Doğan Group”un tərkibinə daxil olan “Milliyyet” qəzetinin və CNN Türk kanalının müxbiri Negehan Alçı Azərbaycan tərəfinin icazəsi olmadan Ermənistan üzərindən Dağlıq Qarabağa səfər edib. Qarabağ haqda əsasən erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən reportajlar yayımlayıb.

Azərbaycan XİN onun adını qara siyahıya salıb, sonradan jurnalist üzr istəyib və adı bu siyahıdan çıxarılıb.

Yaxud hamının yaxşı yadındadır ki, o vaxtlar Aydın Doğanın ən sevimli jurnalisti olan Mehmet Birand dəfələrlə yazılarında və televiziya reportajlarında Türkiyənin Ermənistanla sərhədlərini açmasına çağırıb. Tez-tez anti-Azərbaycan yazıları dərc edib.

Yaxşı məlumdur ki, Türkiyə-Ermənistan barışıq prosesi Barak Obama administrasiyasının Qafqaz siyasətinin bir nömrəli prioriteti idi. Bunu 2008-ci ildə Obama administrasiyası yeni formalaşdırılarkən dövlət katibi Hillari Klinton rəsmən elan etmişdi.

Xüsusi qeyd etmək lazımdır ki, o zaman Türkiyə dövlətinə böyük ölçüdə nəzarət etmək imkanı olan Fətullah Gülənin şəbəkəsi də bu barışıq prosesində çox maraqlı görünürdü. Gülənin KİV-ləri durmadan Türkiyənin Ermənistanla sərhədləri açmasının düzgünlüyünü təbliğ edirdi. Yəni Amerika kəşfiyyatının adamı olan gülənçilərlə Aydın Doğan bu işdə müttəfiq idi.

Bütün bu sadalananlardan əlavə gəlin bu suala birlikdə cavab tapmağa çalışaq: Doğan hər fürsətdə antiazərbaycan layihələrinə qoşulmaqla kimin maraqlarına oynayır və oynamaqdadır?

Doğan Əliyevə nəyi bağışlaya bilmir?

Əgər Doğan patriarx Heydər Əliyevə oliqarxın və mediamaqnatın 2000-ci illərin əvvəllərində Azərbaycanın neft bazarına girməsinə, daha doğrusu Azərbaycan neftindən sərfəli şərtlərlə “yağlı tikə” qoparmasına imkan verməməsini bağışlaya bilmirdisə, İlham Əliyevə münasibətdə onun qatı düşməninə - Ərdoğana göstərdiyi strateji dəstəyini unuda bilmir. Xüsusən də Türkiyə liderinin yeni dövlət idarəçiliyi modelini birdəfəlik möhkəmləndirəcək taleyüklü parlament seçkiləri ərəfəsində.

Türk mafiozu Ərdoğanla Əliyevə qarşı


İyunun 7-də Türkiyədə seçkilər keçiriləcək. Bu, indiki türk hakimiyyətinin bütün ölkə boyu öz mütləq və bölünməz təsirini itirən düşmənləri üçün son şans kimidir. Və Doğan özünə hesabat verir ki, əgər Ərdoğan bu seçkilərdə də qəti qələbə qazansa o və AKP-nın digər rəqibləri imiclərini düzəltməyə, nüfuzlarını bərpa etməyə olan sonuncu ümidlərini də itirəcəklər.

Doğanın Ərdoğanla düşmənçiliyinin köklərini araşdırmaq ayrıca mövzudur. Ancaq qısaca onu qeyd etmək olar ki, bir vaxtlar Aydın Doğan Türkiyənin ən qüdrətli oliqarxı idi-nəzarətindəki KİV-lərin və əlində cəmləşdirdiyi nəhəng kapitalın, generalitetlə əlaqələrinin sayəsində istəsə hökumətləri də dəyişə bilirdi.

Lakin AKP-nin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişməyə başladı-Ərdoğan elan etdi ki, media patronlarının göstərişi ilə oturub-duran baş nazir olmayacaq. Və Ərdoğanın media patronlarından, korrupsiyalaşmış oliqarxlardan

Əlbəttə ki, prezident İlham Əliyevin həm Gülənin başçılıq etdiyi, Azərbaycanın siyasi sistemindı möhkəmlənməyə çalışan, ölkənin müxtəlif sferalarında öz təsirini genişləndirməyə nail olan nurçu şəbəkəyə münasibətdə sərt mövqeyi də qəzəbləndirməyə bilməz.

Hamı xatırlayır ki, İlham Əliyev gülənçilərlə həlledici mübarizədə Ərdoğana necə dəstək verdi. Və istənilən əlverişli vəziyyətdə Doğan istənilən imkandan istifadə edir ki, rəsmi Bakıya tərəf əl yelləsin.

Doğan Ərdoğanla heç cür ümumi dil tapa bilmədi. Və burada məsələ təkcə şəxsi deyil, dünyagörüş sistemi ilə də əlaqəlidir. Sümüyündən iliyinə qədər amerikapərəst, avropaçı konseptualist olan Doğan Ərdoğanın suveren idarəçiliyi və şərq ənənəçiliyi ilə barışmayıb, heç vaxt da barışmayacaq. Üstəlik Türkiyə hakimiyyəti yenidən onun biznes maraqlarına toxunub.

Doğanın güzəştli şərtlərlə offşor şirkətlər üzərindən ölkəyə qəzet kağızı idxalı ilə bağlı problemləri var.

Digər tərəfdən, hakimiyyət onun İstanbulda yeni “Hilton” oteli inşası layihəsini təsdiqləməyə tələsmir. Və mediamaqnat heç nəyə baxmayaraq (79 yaşında heç kim öz həyat kredosunu və mənəvi prinsiplərini dəyişmir) bütün gücünü öz qatı düşməninin hakimiyyətini zəiflətməyə yönəldib. Bu seçkilərdə o bütün həqiqətləri və yalanları ilə PKK terror təşkilatının siyasi uzantısı olan HDP-ni (Xalqın Demokratiyası Partiyası) dəstəkləməkdədir.

Bu partiyanın 10 faizlik seçki baryerini keçərək parlamentdə təmsil olunmasına çalışır. Hesab edir ki, ancaq bu halda Ərdoğanın partiyası parlamentdə hakim çoxluğu itirə bilər...

Ərdoğanın iqtidarını bütün üsullarla zəiflətməyə çalışan həmin bu Doğan Azərbaycanın da həyatına müdaxilə etmək niyyətinə düşüb. Sümürücü imperializmin caynaqları bizə tərəf tuşlanıb.

İndi anladınızmı ki, hücum edən ekspansiya üçün hakimiyyət hərisliyi və pul yığmaqdan başqa müqəddəs heç nə yoxdur?

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *