İrandan cəsarətli mövqe
İran beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilməyəcəyini bir daha bəyan edib.
ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri və İranınxXarici İşlər naziri Məhəmməd Cavad Zərif tarixi nüvə razılaşmasının əldə edilməsinə nail olmaq üçün Cenevrədə keçirdiyi görüş zamanı belə bir bəyanatın verilməsi birmənalı qarşılanmayıb.
İran tərəfdən danışıları aparan nümayəndə heyətinin sədr müavini Abbas Araxçı Bildirib ki, BMT müfəttişlərinin İran alimlərinə suallar verməsi və hərbi obyektləri yoxlaması danışıqların predmeti deyil.
Qərb ölkələri isə İranın nüvə obyektlərinin yoxlanılmasını əsas tələb kimi qeyd edirlər.
Bununla belə İran - ABŞ danışıqlarının çox uğurlu keçdiyi, bütün məsələlər üzrə əhatəli müzakirələrin aparıldığı bildirilib.
Mənbə:> ANSPRESS