Tamerlan Qarayev 2,43 milyard dollarla qane olmur... » AzNews.info -Xəbər portalı

Tamerlan Qarayev 2,43 milyard dollarla qane olmur...

Tamerlan Qarayev 2,43 milyard dollarla qane olmur...


Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin paytaxtı Cakartada keçirilən Respublika Günü mərasimində iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə çağırıb.

Virtualaz.org saytı İndoneziya KİV-lərinə istinadən xəbər verir ki, səfir ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2 milyard 430 milyon dollar olduğunu bildirib. Lakin diplomat əlavə edib ki, bu ticarət həcmini daha da genişləndirməyə imkanlar var.

“Biz İndoneziya ilə ikitərəfli münasibətlərin indiki vəziyyətindən şadıq və məmnunuq. Lakin eyni zamanda biz yeni investisiyaların cəlb edilməsi imkanlarını araşdırırıq”- deyə Tamerlan Qarayev bildirib.

İndoneziyanın iqtisadiyyat naziri Sofyan Calil də iki ölkə arasında münasibətlərin inkişafının potensialının olduğunu bildirib: “İndoneziya Azərbaycanla münasibətləri dəyərləndirir. Bizim münasibətlərimizdə müsbət dinamika var, məsələn, ticarətdə. Azərbaycan prezidenti İlham Əliyevin İndoneziyaya səfərini səbrsizliklə gözləyirik”.

Sofyan Calil deyib ki, İndoneziya və Azərbaycan hökumətləri ilin sonuna doğru prezidentlərin qarşılıqlı səfərlərini hazırlayır. Məqsəd ölkələr arasında iqtisadi tərəfdaşlığı genişləndirməkdir.

Azərbaycanın Cakartadakı səfirliyi 2006-cı ildə açılıb. Bu, Cənub-Şərqi Asiya regionunda açılan ilk Azərbaycan səfirliyidir. İndoneziya isə Bakıda səfirliyini 2010-cu ildə açıb. İndoneziya ilə Azərbaycan arasında ticarətin əsas hissəsi xam neftin payına düşür. Bu ölkə Azərbaycan neftinin alıcılarından biridir. İndoenziya isə Azərbaycana ağac məmulatları, soyuducular, qab-qacaq, stollar, kağız və sabun, digər məhsullar ixrac edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *