Rusiya getdikcə aqressivləşir – VİDEO
ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynada getdikcə daha aqressiv mövqe tutmağa başladığını deyib.
ANS PRESS-in məlumatına görə, prezident Obama bu açıqlamanı Ağ Evdə NATO-nun Baş katibi Cens Stoltenberqlə danışıqlardan sonra verib.
ABŞ prezidenti özünün NATO baş katibi Ukrayna hökuməti və Rusiya tərəfdarı separatçlar arasında əldə edilmiş atəşkəsə dair razılığa əməl olunmasının və Ukraynanın ərazi bötüvlüyünün təmin olunmasının əhəmiyyətini bir daha vurğulayıb. Stoltenbeq öz növbəsində Rusiyanı seapartçılara dəstəyə son qoymağa və hərbi qüvvələri Ukraynanın şərqindən çıxarmağa çağırıb.
Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində bir il əvvəl başlamış döyüşlər nəticəsində 6 mindən çox insan həyatını itirib.
Mənbə:> ANSPRESS