Narışkin Rusiya-Azərbaycan münasibətləri barədə: Heç bir problem yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Narışkin Rusiya-Azərbaycan münasibətləri barədə: Heç bir problem yoxdur

Narışkin Rusiya-Azərbaycan münasibətləri barədə: Heç bir problem yoxdur


Rusiya və Azərbaycanın ikitərəfli münasibətlərində heç bir problem yoxdur, əməkdaşlıq çox yüksək səviyyədədir.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Dumasının spikeri Sergey Narışkin Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşdə deyib.

“Qeyd etmək istəyirəm ki, bizim ikitərəfli dövlətlərarası münasibətlərimizdə hər hansı bir problem yoxdur. Bizim qiymətləndirməmizə əsasən, onlar, həmçinin parlamentlərarası əlaqələr də olduqca yüksək səviyyədədirlər”, - Narışkin deyib.

Dövlət Dumasının spikeri həmçinin azərbaycanlı həmkarlarını Böyük Dünya Müharibəsindəki Qələbənin70 illiyinə həsr olunmuş tədbirlərin təşkilində fəal iştirakına görə təşəkkür edib.

O qeyd edib ki, Qələbə yalnız Azərbaycan, Rusiya və MDB ölkələri üçün deyil, həmçinin bütün insanlıq üçün də qiymətlidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *