Müsavatdan 10 nəfər də getdi
Müsavatın Suraxanı rayon təşkilatının bir qrup üzvü bu gün bəyanat yayaraq partiyadan istefa verib.
Report.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, istefa qararı Müsavatın VIII qurultayından sonra partiya rəhbərliyinmin yürütdüyü siyasətə narazı olanların təşkilatdan çıxarılmasına etiraz olaraq verilib.
Sənəddə deyilir: "Biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk:
1. Rəfiqə Qədimbəqli - şura üzvü
2. Xələf Qafarov - üzv
3. Asif Mustafayev - üzv
4. Füzuli Məmmədov - üzv
5. Ənvər Ağamalıyev - üzv
6. Vaqif Tağıyev - üzv
7. Natiq Hüseynov - üzv
8. Gülbəniz Nəbiyeva - üzv
9. Cavidan Nəbiyev - üzv
10. Mustafa Mustafayev - üzv".
Mənbə:> Report.az