Sümükləri sınana qədər əsirləri döyüblər
"Amnesty International" insan haqları qrupu Ukrayna hərbi qüvvələrinin, hökumət dəstələrinin və separatçıların əsirlərə işgəncə verdiklərinə dair dəlillər toplayıb.
ANS PRESS-in məlumatına görə, təşkilat bu halların geniş yayıldığını və tez-tez baş verdiyini bildirib.
Qrupun yaydığı hesabatda hər iki tərəfin sabiq əsirlərlə rəftarında əldə olunmuş məlumatlara istinad edilir. Hesabatda deyilir ki, əsirlər sümükləri qırılana qədər döyülüb, elektrik naqilləri ilə işgəncəyə məruz qalıb, vurulub, biçaqlanıb və edamla hədələniblər.
Amnesty bildirir ki, işgəncələrin çoxu Ukrayna hökumət qüvvələri ilə əməkdaşlıq edən Sağ Sektor milis dəstələri tərəfindən törədilib. Əsirlərlə pis rəftarla bağlı narahatlıqlar Ukrayna təhlükəsizlik xidmətinin girov götürdüyü iki separatçı ilə davranışlar ictimailəşdikdən sonra üzə çıxıb.
"Amnesty International" Ukrayna rəsmilərini bu iddiaları araşdırmağa və bunlarda əli olanları məsuliyyətə cəlb etməyə çağırıb.
Mənbə:> ANSPRESS