Ermənistan ilk Avropa Oyunlarına 6 sərbəst güləşçi gətirəcək
Bakıda keçiriləcək ilk Avropa Oyunlarına Ermənistan 6 sərbəst güüləşçi ilə təmsil ediləcək.
Oxu.Az “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, bu barədə sərbəst güləş üzrə Ermənistan millisinin baş məşqçisi Araik Baqdadyan məlumat verib.
Ermənistanı yarışlarda 6 sərbəst güləşçi təmsil edəcək: Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), dünya çempionu David Safaryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtuzaliyev (86 kq) və Levan Berianidze (125 kq).
Mənbə:> Oxu.Az