Zərif: ABŞ İŞİD-ə qarşı durmağa hazır deyil
Tehran Vaşinqtonun “İslam dövləti” qruplaşmasına qarşı mübarizə aparmağa ciddi hazırlığını görmür.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Mohammed Cavad Zərif “Spiegel” alman jurnalının şənbə nəşrinə verdiyi müsahibəsində bildirib.
“Biz ABŞ tərəfindən “İslam dövləti”nə qarşı mübarizəyə ciddi hazırlıq görmürük. Amma qlobal və regional səviyyədə həqiqətən bütün ciddi səyləri dəstəkləyəcəyik”, - Zərif bəyan edib.
Nazirin sözlərinə görə, İD regionda vəziyyətin sabitliyini pozur, bununla yanaşı, İD və “Əl-Qaidə” kimi ekstremist qrupların dəstəklənməsində iştirak edən qüvvələr sonradan “özləri onların qurbanı olub”.
“Qərb də problemin bir hissəsidir. Bu Qərbdə doğulan və tərbiyə alan, İraq və Suriyada baş kəsən və adam öldürən insanlardır. Bu necə baş verir, bu insanlar niyə cəlb edilir?”, - deyə nazir bəyan edib.
Mənbə:> Oxu.Az