Ombudsman MTN-də Rauf Mirqədirov və Arif Yunusovla görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, başçəkmədə məqsəd saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.
Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov, Elşən Mustafayev və digərləri ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlama şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.
Saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Mənbə:> ANSPRESS