Brassör: Heç kimin ərazi bütövlüyü prinsipini pozmağa haqqı yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Brassör: Heç kimin ərazi bütövlüyü prinsipini pozmağa haqqı yoxdur

Brassör: Heç kimin ərazi bütövlüyü prinsipini pozmağa haqqı yoxdur


Ərazi bütövlüyü məhz elə bir prinspidir ki, biz onun üçün qəti şəkildə mübarizə aparmalıyıq.

Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan AŞPA-nın prezidenti Ann Brassör gürcü spiker David Usupaşvili ilə görüşdən sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna narahatçılıq predmetindən daha artıqdır. Bununla yanaşı, Brassör deyib ki, regionda digər ölkələrdən ən çox Gürcüstan əziyyət çəkib.

“Zorakılığın yol olmaması üçün biz ümumi çıxış yolu tapmalıyıq. Çətindir, lakin tərəfimizdən parlament diplomatik yollarının axtarılmasını artırmaq lazımdır.

Rusiyanın AŞPA-da səsvermə hüququnun dayandırıldığını nəzərə alsaq, onlar bizlə işləməkdən imtina etdilər...

Lakin heç nəyə baxmayaraq, onlar bizim üzvlərimizdir, biz onlarla münasibətləri və dialoqu davam etdirmək istəyirik. Lakin ərazi bütövlüyü elə bir prinsipdir ki, bu prinsip üçün qəti mübarizə aparmalıyıq.

Heç kimin ərazi bütövlüyü prinsipini pozmağa haqqı yoxdur. Bu məsələ, Abxaziya və Cənubi Osetiyaya aiddir”, - Brassör jurnalistlərlə görüşdə bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *