Serji qapıdan yola salacaqlar
May ayının 21-22-də Riqada keçiriləcək AB sammiti "Şərq tərəfdaşlığı" iştirakçılarına çətin ki, nə isə verdi. Bu barədə Reuters yazır.
AB ölkələri iqtisadi çətinliklə bağlı olaraq öz ambisiyalarını nisbətən azaldıblar. Ötən il Moldova, Gürcüstan və Ukrayna AB ilə asossasiya sazişi imzaladılar. Lakin Riqada təsdiqlənəcək bu layihədə bu barədə heç bir xatırlatma yoxdur.
Bunun əvəzində isə deyilir ki, nə Gürcüstan, nə Ukrayna çox istədikləri vizasız rejimi dərhal əldə edə bilməyəcək.
Agentlik yazır ki, Brüssel nəhayət anladı ki, Ermənistan Gömrük İttifaqı - Avrasiya İqtisadi İttifaqına qoşulub Moskvanı seçməklə faktiki olaraq AB-nə xəyanət edib.
Bundan da belə nəticə əldə etmək olar ki, Riqa sammiti kömək uman rəsmi İrəvana çətin ki, nə isə təklif edə bilsin.
Bununla da Ermənistanı daha böyük iqtisadi xaos gözləyir. Yerli ekspertlər də artıq etiraf edirlər ki, onların milli valyutası dram bu günlərdə dollar və avronun məzənnəsinin qalxması fonunda çökə bilər.
Mənbə:> ANSPRESS