Avropadan Putinə yeni zərbə hazırlığı
Avropa Parlamentinin (AP) xarici işlər üzrə Komitəsi Rusiyaya qarşı sanksiayların sərtləşdirilməsinin mümkünlüyü haqda tövsiyyə xarakterli qətnamənin layihəsini təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, bu barədə Avroparlamentinin mətbuat xidməti xəbər yayıb.
"Rusiya Minsk sazişlərinə əməl etmədikdə və Ukraynanın şərqində sabitliyi pozmağa davam etdiyi halda Avropa Birliyi sanksiyaları gücləndirməli və Ukraynaya müdafiə xarakterli vasitələrin və texnikanın verilməsi məsələsini nəzərdən keçirməlidir", - deyə xəbərdə bildirilir.
AP-nin bütün qətnamələri hətta onlar təsdiq edildikdə yalnız tövsiyyə xarakteri daşıyır.
Mənbə:> ANSPRESS