İrandan şok açıqlama
İran parlamentinin spikeri ölkəsinin 5+1 ölkələri arasında aparılan nüvə proqramı müzakirələrindən söz açıb.
ANS PRESS-in məlumatına görə, İran parlamentinin spikeri Əli Ləricani açıqlamasında Qərbi ittiham etməkdən çəkinməyib.
“Qərblilər xalqımıza qarşı həddini aşarsa ehtiyacımız olan hər səviyyədə nüvə müəssisələrimizdə uranın zənginləşdirilməsi proeseinə davam edəcəyik”, – deyə Ə.Ləricani bildirib. O, bu barədə İranın rəsmi xəbər agentliyi olan IRNA-ya açıqlama verib.
Onun sözlərinə görə, Qərbin bu məsələdə cığallıq etməsi, verdiyi vədlərə xilaf çıxması İranı da öz mövqeyindən danışındıraraq əvvəlki yoluna davam etdirə bilər.
“Bunu təkrarən bildiririk ki, əgər uranı 20% dərəcəsində zənginləşdirməyi dayandırmışıqsa, buna ehtiyac duymadığımız üçün etmişik”, – deyə o, sözlərinə əlavə edib.
Bundan başqa, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də ötən gün tvitter səhifəsində yazdığı tvitdə onlara təqdim edilən razılığa sadiq qaldıqlarını, saxta nüvə böhranını dayandırmağa çalışdıqlarını yazıb.
Xatırladaq ki, İran ilə BMTnin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın yaratdığı 5+1 qrupunun apardığı müzakirələr nəticəsində aprelin 2-də ümumi razılıq əldə edilmişdi.
Mənbə:> ANSPRESS