Çiprasın dürüstlüyü yerlə bir oldu – FOTO
Yunanıstanın baş naziri Aleksis Çiprasın “Montblanc” markalı qələmi başına bəla olub.
ANS PRESS-in məlumatına görə, baş nazirin iştirak etdiyi son televiziya proqramnda yüzlərlə avro qiyməti olan qələmdən istifadə etməsi kəskin reaksiyalarla qarşılanıb.
Proqramın gedişi zamanı reklam fasiləsində iqtisadi böhranla mübarizə aparan ölkənin baş nazirinin bahalı qələmi ucuz plastik qələmlə dəyişdirilib.
Onun bahalı qələmlə efirə çıxması bir çoxları ilə yanaşı öz müşavirlərini də narahat edib.
Almaniyanın “Bild” qəzeti isə ölkəsinin borclarını ödəmək üçün mənbə axtarışında olan baş naziri kəskin tənqid edib.
Qəzet əməkdaşları öz fikirlərini, “Bu nə pəhriz, bu nə kələm turşusu?” sözləri ilə ifdə edib.
“Star Channel” kanalına çıxan Çipras 3 saat yunan xalqına hökumətin siysi-iqtisadi islahatlarından danışıb və gələcəkdə Yunanıstanın nələrlə qarşılaşacağı barədə məlumat verib.
Mənbə:> ANSPRESS