Piter Semnebi “qara siyahıdan” çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Piter Semnebi “qara siyahıdan” çıxarıldı

Piter Semnebi “qara siyahıdan” çıxarıldı


Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi və hal-hazırda İsveçin Əfqanıstanda səfiri olan Peter Semnebi adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində müraciət edib.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, məktubda Peter Semnebi adının arzuolunmaz şəxslər siyahısında olmasını qeyd edərək, Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini bildirib.

“Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən Piter Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflədiyini bildirib və üzrxahlığını ifadə edib.

Peter Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib və onun 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib”, - deyə, H.Hacıyev vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *