Putin və Obama Leninə qarşı çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Foto

Putin və Obama Leninə qarşı çıxdı – FOTO

Putin və Obama Leninə qarşı çıxdı


ABŞ-da hazırlanan yeni kompüter oyunu mümkünsüz olduğu düşünülən bir fikri virtual reallığa çevirib.

ANS PRESS-in məlumatına görə, amerikalı kompüter oyunları yaradıcısı Hans de Şutterin yeni təqdim etdiyi video oyunda Obama və Putin dirilib zombi ordusuyla insanlığı təhdid edən Leninə qarşı birgə vuruşmalı olur.

Hər şey ondan başlayır ki, Ağ evdən Obama yoxa çıxır. O ayıyla atlanan və qumbaraatanla silahlanmış Putinlə məsələləri özü həll etmək istəyir. Elə həmin zaman Lenin dirilir və qızıl ordunun keçmiş üzvlərinin zombiləri ilə birgə Moskvanı fəth edir. Bu zaman Putin və Obama ortaq düşmənə qarşı birləşir.

Lakin İnoTv xəbər verir ki, oyunçu yalnız prezident Obama tərəfdən oynaya bilər.

Qeyd edək ki, bundan əvvəl de Şutter “Hitler Los-Ancelesdə” oyununu yaratmışdı. Onun sujetinə görə Braziliyaya qaçan nasist liderinin bədəni dondurulur, lakin uzun illər keçəndən sonra diktatorun bədəni Amerika muzeyində dirilir.


Putin və Obama Leninə qarşı çıxdı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *