Səfir: İsrail 1915-ci il hadisələrini faciə kimi qiymətləndirir
İsrail hökumәtinin bu məsələ ilә bağlı çox aydın mövqeyi var vә bu, dәyişmәyib.
AzNews.info-nunAPA-ya mәlumatına görә, bu sözləri İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz uydurma “erməni soyqırımı”nın tanınması mәsәlәsinә münasibәt bildirәrkәn deyib. Səfir qeyd edib ki, İsrail hәmin hadisәlәri faciә kimi qiymәtlәndirir.
Dağlıq Qarabağ münaqişəsinə gәlincә isə, diplomat bildirib ki, bu barәdә dә İsrailin mövqeyi dәyişmәz qalır: “Biz bu münaqişәnin süıh yolu ilә hәllinә inanırıq. Regiona sülh gәtirmәk istiqamәtindә ATӘT-in Minsk Qrupu hәmsәdrlәrinin sәylәrini dәstәklәyirik. Biz Azәrbaycanın әrazi bütövlüyünü tanıyırıq”.
Mənbə:> APA