Ordumuz hücuma keçdi: 5 erməni işğalçısı məhv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Ordumuz hücuma keçdi: 5 erməni işğalçısı məhv edildi

Ordumuz hücuma keçdi: 5 erməni işğalçısı məhv edildi


Aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib. Qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaqdır”, - məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *