Umarovun adamı öldürüldü
Dağıstanda “Qafqaz əmirliyi” qruplaşmasının lideri Doku Umarovun davamçısı Əliashab Kebekov öldürülüb.
ANS PRESS-in məlumatına görə, Rusiya Antiterror Komitəsi Əliashab Kebekovun öldürüldüyünü təsdiq edib.
"Məhv edilmiş quldurlar bunlardır: 1972-ci il təvəllüdlü Əliashab Kebekov – “Qafqaz əmirliyi” terror təşkilatının rəhbəri Doku Umarovun zərərsizləşdirilməsindən sonra onu əvəzləmişdi; 1982-ci il təvəllüdlü Şamil Hacıyev – respublikanın Untsukul rayonu ərazisində gizli silahlı qruplaşmaya rəhbərlik edirdi. 1980-ci il təvəllüdlü Omar Maqomedov – gizli qruplaşmanın Dağıstandakı “mərkəzi sektoru”nun rəhbəri olub.
Beləliklə, “Qafqaz əmirliyi” terror təşkilatının və Şimali Qafqaz ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın rəhbərliyi məhv olunub" - deyə komitənin məlumatında deyilir.
Mənbə:> ANSPRESS