Qalmaqallı prezidentin arvadı üzə çıxdı – FOTO
Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı göründü. Uzun fasilədən sonra müğənn olan Li Sol Çu həyat yoldaşı ilə Pxenyanda stadionda matç izləyib.
Cütlüyün yeni fotosu ölkənin qəzetlərinin ilk səhifəsində yerləşdirilib.
Futbol matçı dövlət bayramı olan "Günəş günü"- əbədi prezident Kim İr Senin 103-cü doğum günü ərəfəsində baş tutub.
Xatırladaq ki, o son dəfə ictimaiyyət arasında ötən ilin dekabrında görünmüşdü.
Şimali Koreyanın birinci xanımının yoxa çıxması ilə bağlı müxtəlif versiyalar səslənirdi. Onlardan biri də Kim Çen Inın özünə hərəmxana yaratması idi.
Mənbə:> ANSPRESS