Erməni KVN-i Bakıya gətirən şirkət gizləndi » AzNews.info -Xəbər portalı

Erməni KVN-i Bakıya gətirən şirkət gizləndi

Erməni KVN-i Bakıya gətirən şirkət gizləndi


23 may tarixində “Buta Palace”də intellektual yumoristik qadın klubu kimi tanınan “Comedy Woman”in konserti baş tutacaq.

Axar.az xəbər verir ki, bununla bağlı komediya ustası, əməkdar artist, “Bakılı oğlan” Tahir İmanov "Oxu.az" saytına verdiyi açıqlamada böyük bir ittihamla çıxış edib. Tahir İmanovun irəli sürdüyü iddialara görə, sözügedən layihə erməni layihəsidir və erməni millətinə mənsub Artur Canibekyan, Qarik Maertirosyan və digərlərinin rəhbərlik etdiyi qrupa daxildir.

Məsələ ilə bağlı “Buta Palace”la əlaqə saxlayıb, irəli sürülən ittihamlar və konsertin təşkilatçısının kim olması ilə maraqlandıq. Sözügedən məkanın marketinq meneceri Alla xanım Axar.az-a açıqlamasında dedi ki, onlar planlaşdırılan konsertlərdən xəbərsizdirlər:

“Biz yeri kirayə veririk. İştirakçıların kimliyi ilə bağlı heç bir məlumatımız yoxdur. Təkcə onu bilirik ki, “Comedy Woman” konsertinin təşkilatçısı “33 event” şirkətidir”.

“33 event” şirkətindən telefona cavab verən şəxs dedi ki, o, təşkilatçı deyil, rəhbərliklə əlaqəsi yoxdur və bizə heç cür köməklik göstərə bilməz. Sonda “Bəs siz kimsiniz? Bilet satırsız?” sualına, “Yox, mən kartof satıram”, - deyə cavab verərək dəstəyi asdı.

Məsələyə münasibət bildirən məşhur komediya ustası Bəhram Bağırzadə Axar.az-a bildirdi ki, bu işlə aidiyyəti qurumlar maraqlanmalıdır:

“Bu, komediya məsələsi deyil, xüsusi orqanların işidir. Onlar aydınlaşdırmalıdır ki, necə olur ermənilər gəlir bura? Bu sualı bunun erməni layihəsi olduğunu bilə-bilə onları bura gətirən o şirkətə vermək lazımdı. Onların Bakıya gəlməsinə kim icazə verib? Necə olub ki, bu qrupa şərait yaradılıb? Teatr kimi, əlbəttə ki, onlar əladır. Bu “Comedy Woman” çox gözəl layihədir. Sağ əlləri bizim başımıza ki, biz də nə vaxtsa bir yerimizi qaldırıb elə bir layihə yaradaq”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *