Kanye Uest ABŞ prezidenti olmaq istəyir
Məşhur hip-hop ifaçısı Kanye Uest bildirib ki, 2024-cü ildə ABŞ prezidentliyi uğrunda olan seçkilərə qatılmaq istəyir. Bu barədə “Hollywood Reporter” məlumat verib.
Nyu-Yorkdakı “ Fast Company Innovation Festival”da çıxış edən repçi namizədləyini verəcəyini bildirib. Lakin onun çıxışı gülüşlə qarşılanıb. Uest öz növbəsində tamaşaçılardan nəyə güldüklərini soruşub.
Repçi irqçilik məsələsini qabardıb. Deyib ki, hər üçüncü afroamerikalı həbsdədir.
Qeyd edək ki, 2018-ci ildə Uest Trampın seçkiqabağı lozunqunu afroamerikalılar üçün təhqiramiz saymışdı:
“Tramp deyir ki, “Amerikanı yenidən möhtəşəm edək”. Məgər Amerika əvvəllər yaxşı idi? Mən üzərində “Amerikanı möhtəşəm edək” yazısı olan papaq hazırlatdırmışam. Həmin papağı Tramp da başına qoydu. Deməli, o, sözə qulaq asır”.
Mənbə:> Oxu.Az