Tramp İranla “əsl saziş” bağlamaq istəyir
ABŞ İranla nüvə proqramına dair “əsl saziş” bağlamağa hazırdır.
Virtualaz.org-un məlumatına görə, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
“İran artıq əvvəlki ölkə deyil... Görək, irəlidə bizi nə gözləyir. Lakin biz əsl saziş bağlamağa hazırıq. Daha əvvəlki administrasiyanın etdiyini yox. O, fəlakət idi”, - Tramp Kanzasda veteranlar qarşısında çıxış edərkən deyib.
Mənbə:> Virtualaz.org