Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır » AzNews.info -Xəbər portalı

Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır

Pakistan Hindistanla mədəni əlaqələri tam dayandırır


Pakistan Hindistanla olan mədəni əlaqələri tam dayandırmaq qərarı alıb.

“RİA Novosti” xəbər verir ki, qərar iki ölkə arasında münasibətlərin mübahisəli Kəşmir bölgəsinə görə kəskinləşməsi fonunda qəbul edilib.

Pakistan Baş nazirinin informasiya və teleyayım məsələləri üzrə xüsusi müşaviri Firdus Aşik Avan bildirib ki, iki ölkənin bu sahə üzrə daha əvvəl planlaşdırılmış birgə tədbirləri ləğv edilib:

“Biz Hindistandan bütün növ (əyləncə - red.) kontentdən istifadəni dayandırmaq qərarına gəldik. Respublikanın Milli Təhlükəsizlik Şurası bütün cəbhələrdə hind ideologiyası ilə mübarizə üçün xüsusi qurumun təsis edilməsini tapşırıb. Hindistan materiallarının məzmunu yalan təbliğatdan ibarətdir”.

Xatırladaq ki, Hindistan Prezidenti bazar ertəsi Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanun imzalayıb.

Federal hökumətin təşəbbüsünə əsasən, bunun əvəzində iki müttəfiq ərazi yaradılacaq, onların hüquqları daha az olacaq. Bu təşəbbüs parlament tərəfindən qəbul edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *