Lavrov da Pakistan-Hindistan böhranında vasitəçilik təklifi etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Pakistan ilə Hindistan arasında böhranın tənzimlənməsində vasitəçilik etməyə hazır olduğunu bildirib. Bu barədə nazir Moskvada keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, iki ölkə arasında gərginlik iki həftə əvvəl daha da artmağa başlayıb. Fevralın 14-də Hindistanda polislərə qarşı təşkil edilən bombalı hücumda 44 əsgər ölüb, 20-si isə yaralanıb. Hindistan terror aktında Pakistanı günahlandırır. Rəsmi İslamabad isə ittihamları rədd edərək, qarşı tərəfi problemi danışıqlar yolu ilə həll etməyə çağırır. Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türkiyə, Almaniya, Rusiya, Çin və İngiltərə məsələyə münasibət bildirib, tərəfləri sabitliyə dəvət ediblər.
Mənbə:> Virtualaz.org