Ukraynanın yeni prezidenti Azərbaycanın Vəndam kəndində
Vladimir Zelenskinin Ukraynanın yeni prezidenti seçilməsindən sonra bir çox ekspertləri onun və ölkəsinin yeni rəhbərliyinin Azərbaycana qarşı hansı siyasəti yürüdəcəyi ilə maraqlanırlar.
Virtualaz.org oxuculara xatırladır ki, son illər ərzində Zelenski bir neçə dəfə ölkəmizdə olub.
Belə ki, 2017-ci ilin yayında o, məzuniyyətini ölkəmizdə keçirib və Qəbələ rayonunda olub. Özünün “İnstagram” səhifəsində Vladimir Zelenski zarafatyana şəkildə abunəçilərinə bildirib ki, Azərbaycanda Van Damın kəndini tapıb.
“Dostlarımla birlikdə Vandamın kəndindəyik. Düşünürəm ki, onun bundan xəbəri yoxdur. Əcəb danışıqlardır!!!” – o zaman aktyor fotoşəklini belə imzalamışdı.
Ötən ay isə Zelenski “Gülüş liqası” televerilişində Azərbaycan dilində “Azərsun”un “Final” çayını reklam etməklə yadda qalmışdı.
Mənbə:> Virtualaz.org