Slovakiyanın lideri ilk dəfə qadın olacaq
Vəkil Zuzana Çaputova Slovakiyada keçirilmiş prezident seçkilərində qalib olub.
Dennik N. nəşrinin məlumatına görə, səsvermənin ilkin nəticələrinə görə, Çaputova seçicilərin 58 faizini toplayıb.
Çaputova Slovakiyanın ilk qadın prezidenti olacaq.
Avropa Komissiyası rəhbərinin müavini Şaroş Şefçoviç isə 42 faiz səs yığıb.
Çaputova səlahiyyətlərinin icrasına iyunun 15-də başlayacaq.
Mənbə:> Oxu.Az