İsrail Hələbi bombaladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Video

İsrail Hələbi bombaladı – VİDEO

İsrail Hələbi bombaladı


Suriyanın hava hücumundan müdafiə (HHM) qüvvələri İsrailin Hələb əyalətinin cənub-şərqinə endirdiyi hava zərbələrini dəf edib. Buraxılan bir neçə raket Şeyc-Nəcər sənaye zonasındakı obyektlərə tuş gəlib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail ordusu hava hücumunu yerli vaxtla 23:00-da (Bakı vaxtı ilə 01:00) həyata keçirib. Heç kimin yaralanmadığı, yalnız sənaye zonasındakı obyektlərə maddi ziyanın dəydiyi bildirilir.

Bununla belə, suriyalı üsyançılar hava zərbələrinin, eyni zamanda, Hələb aeroportu və yaxınlıqda yerləşən Cibrin kəndinə endirildiyini bildirib. Hava hücumundan sonra bütün Hələbdə elektrik təchizatı dayandırılıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *