Makrondan gözlənilməz bəyanat
Fransa prezidenti Emmanuel Makron “sarı jiletlər”in Parisdə törətdiyi iğtişaşları pisləyib.
O bu barədə özünün Twitter səhifəsində yazıb.
Makron qeyd edib ki, baş verənləri artıq etiraz aksiyası adlandırmaq olmaz. “Bu insanlar respublikanı məhv etmək istəyirlər. Orada olanların hamısının bu işdə əli var”, - deyə o vurğulayıb.
Fransa prezidenti həmçinin qeyd edib ki, oxşar halların gələcəkdə baş verməməsi üçün güclü qərarlar qəbul edilməlidir.
Mənbə:> Oxu.Az