Makrondan ABŞ-a gözlənilməz zərbə: "Aİ-nin ABŞ-dan silah almasına qarşıyam"
“Avropa İttifaqı ölkələri müdafiə büdcələrini öz muxtariyyətlərinin möhkəmləndirilməsi üçün artırmalıdır, ABŞ və ya digər ölkələrdən silahların alınması üçün yox”.
Yenicag.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron CNN telekanalına müsahibəsində bəyan edib.
“Mən Avropa ölkələrinin müdafiə xərclərini Amerika, yaxud digər ölkələrdən silah və ya ABŞ istehsalı olan materiallar almaq üçün artırmasını görmək istəmirəm. Məncə, əgər xərclərimizi artırırıqsa, bunu muxtariyyətimizi möhkəmləndirmək üçün etməliyik”, – deyə Makron bildirib.
Fransa prezidenti həmçinin ABŞ prezidenti Donald Trampın Avropa ordusunun yaradılması mənfi münasibəti barədə sualına cavab verib.
“Biz bu barədə artıq danışmışıq. O, mətbuatın yanında mövqeyini açıq ifadə edərək toqquşma olmayacağını bildirdi”, – deyə Makron vurğulayıb.
Qeyd edək ki, daha öncə Donald Tramp öz “Twitter” hesabında Makronun Avropa İttifaqının digər ölkələr, o cümlədən ABŞ-dan qorunmaq üçün öz ordusuna malik olmasının zəruriliyi barədə bəyanatını təhqiramiz adlandırıb.
Mənbə:> Yeniçağ.az