Makron G7-yə alternativ tapacaqları ilə hədələdi
Fransa prezidenti Emmanuel Makron G7-yə alternativ tapacaqları ilə hədələyib.
O bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında deyib.
"Biz G7-də işləyəcəyik ki, COP21 (Paris İqlim Konfransı) çərçivəsində götürülən öhdəliklər artım istiqamətində yenidən nəzərdən keçirilsin. Əgər üzvlərdən biri davam etmək istəməsə, biz yenə də yeni koalisiyaların, yeni formatların axtarılmasına davam edəcəyik", — deyə Fransa lideri bildirib.
Bundan əlavə, o, birbaşa olaraq ABŞ-ın adını çəkməsə də, Paris sazişinə əməl etməyən iri dövlətlərlə ticarət müqavilələri bağlamamağı təklif edib.
Mənbə:> Virtualaz.org