Novruz Məmmədov parlamentdə ilk hesabatını verir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Novruz Məmmədov parlamentdə ilk hesabatını verir

Novruz Məmmədov parlamentdə ilk hesabatını verir


Bu gün hökumətin (Nazirlər Kabinetinin) parlamentdə növbəti hesabatı dinləniləcək.

Oxu.Az-ın xəbərinə görə, növbəti illik hesabatla hökumət adından baş nazir Novruz Məmmədov çıxış edəcək.

Qeyd edək ki, bu, baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.

Belə ki, 11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra - aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılmış və onun namizədliyi millət vəkilləri tərəfindən razılıqla qarşılanaraq təsdiqlənmişdi.

Ölkə prezidentinin həmin gün və 23 aprel tarixli sərəncamları ilə N.Məmmədovun rəhbərliyi altında hökumətin yeni tərkibi formalaşdırılaraq başa çatdırılmışdı.

Qeyd edək ki, yeni hökumət üzvləri arasında bir neçə sabiq millət vəkili də var.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Oxu.Az-a qısa açıqlamasında hökumətin hesabatını və baş nazirin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.

O qeyd edib ki, xüsusilə, sosial müdafiə sistemində ötən ilin yekunları ilə bağlı büdcənin bütöv təsnifatını - oradakı bütün məqamları müsbət qiymətləndirir.

Onun sözlərinə görə, eyni zamanda, 2019-cu il üçün büdcə müzakirəsi aparılanda həm komitə, həm də plenar iclasda deputatlar hökumətin bir sıra məsələlərə diqqətini cəlb edib.

“Həmin məsələlərin bəziləri ölkə prezidenti tərəfindən həll olundu. O da sosial müdafiə sahəsi ilə bağlı atılan addımlardır. Bəli, baş nazir Novruz Məmmədov ilk dəfə Milli Məclisdə hesabat verəcək. Novruz Məmmədov baş nazir statusu çərçivəsində addımlar atır, cənab prezidentimizin sosial müdafiə sistemi istiqamətində etdiyi islahatların icrası ilə məşğuldur.

O, icraçı olaraq, ölkə prezidentinin tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, bəzi problemlər də mövcuddur. Hökumət, iş olan yerdə problemlər də var. O problemlərin də aradan qaldırılması üçün vaxtaşırı işlər görülür”, - deyə, H.Rəcəbli sözlərinə əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 mart 2019 12:34
  • Yazan: tom
Ona çox təəccüb edirəm, o, böyük bir insandır, həmişə onu qorusun
wings io

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *