Səməd Seyidov: "Novruz Məmmədovun Baş nazir olması islahatların dərinləşməsi üçün çox uğurludur"
"Hörmətli Novruz Məmmədov siyasət, mədəniyyət, insan təlabatlarını ən yüksək səviyyədə bilir və onun üzərində işləyir".
"Ölkə.Az" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov bildirib.
S.Seyidov qeyd edib ki, Novruz Məmmədov çox yaxşı təşkilatçıdır:
"Novruz müəllimi uzun illərdir tanıyıram, Prezident zərgər dəqiqliyi ilə xalqın marağına uyğun olan seçim edib. Bu seçim islahatların dərinləşməsi üçün çox uğurludur. Novruz müəllimə uğur arzu edirəm".
Mənbə:> Ölkə.Az