Siyavuş Novruzov: "YAP Novruz Məmmədovu dəstəkləyir"
Milli Məclisdə Baş nazir postuna namizədlə bağlı müzakirələr davam edir.
AzNews.info "Ölkə.Az"-a istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən namizədliyi irəli sürülən Novruz Məmmədov Prezdent Adminsitrasiyasının Xarici məsələlər üzrə köməkçisi kimi təkcə xarici siyasətlə deyil, eləcə də sosial, iqtisadi siyasətlə bağlı çıxışlar edir, dəyərli fikrilər ortaya qoyub:
"Novruz Məmmədov 22 ildən artıdqdır ki, Prezdent Adminsitarasiyasında çalışır. Hazırki mərhələyə addım-addım, yüksək fəaliyyəti ilə gəlib. O, dövlətin, prezidentin siyasətini düzgün şəkildə həyata keçirib,hər zaman ölkə maraqlarını beynəlxalq aləmdə müdafiə edib. İstər seçkilər, istərsə də digər məsələlərdə ölkəmiz əlaeyhinə aparılan həqiqətə olmayan yazılan yazılara tutarlı cavab verib.
Çoxluq Yeni Azərbaycan Partiyasıdır. Biz də partiya adından Novruz Məmmədovu dəstəkləyirik. Bundan sonrakı fəaliyyətində uğurlar arzu edirik".
Mənbə:> Ölkə.Az