ABŞ Türkiyəni şantaj etməkdə davam edir
ABŞ Türkiyəni Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini əldə edəcəyi halda sərt fəsadlarla hədələyib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers The Hill-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ankara Rusiya ZRK-larını əldə edəcəyi təqdirdə Türkiyənin ABŞ-la hərbi sahədə əməkdaşlığı ciddi çəkildə pisləşəcək.
"Türkiyə S-400-lərə sahib olacağı təqdirdə F-35 qırıcı təyyarələrini və Patriot zenit-raket komplekslərini əldə edə bilməyəcək", - deyə Ç.Sammers vurğulayıb.
Mənbə:> Oxu.Az