İsrail Suriyanı S-300 komplekslərini vuracağı ilə hədələyib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İsrail Suriyanı S-300 komplekslərini vuracağı ilə hədələyib

İsrail Suriyanı S-300 komplekslərini vuracağı ilə hədələyib

İsrail təyyarələri Rusiyanın Suriyaya göndərdiyi S-300 ZRK-ları ilə vurulacağı təqdirdə bu qurğulara zərbə endirəcəyini bildirib.

TASS xəbər verir ki, bunu bazar ertəsi rusiyalı jurnalistlərə İsrailin Qüds işləri, ətraf mühitin mühafizəsi məsələləri və mədəni irs üzrə naziri Zeev Elkin deyib.

"Rusiya suriyalılara bu tip silahlar göndərməklə, ondan istifadəyə görə qismən məsuliyyət daşıyır. Bir qayda olaraq, İsrail öz ərazilərinə və təyyarələrinə edilə biləcək hücuma ilk növbədə beynəlxalq diplomatik tədbirlərlə deyil, əməli olaraq qarşılıq verəcək", - deyə o bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başladığını bildirib.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *