Səudiyyə kralı ilk dəfə ABŞ-a qadın səfir təyin etdi
Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl Səud şahzadə Rima bin Bandar bin Sultanı ölkənin ABŞ-dakı səfiri təyin edib.
Bu barədə SPA agentliyi məlumat yayıb.
Şahzadə Rima bu postda Səudiyyə Ərəbistanı kralı Xalid bin Salmanı əvəzləyib. Kralın sərəncamına əsasən, Xalid bin Salman nazir qismində müdafiə nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Rima bin Bandar ABŞ-da ali təhsil alıb.
Mənbə:> Oxu.Az