Hərbçilər Madurodan qaçır
Venesuela Milli Qvardiyasının 60-dan çox hərbçisi Kolumbiyada sığınacaq istəyib.
TASS-ın məlumatına görə, bunu Kolumbiya Miqrasiya Xidmətinin rəhbəri Kristian Krüqer deyib.
O bildirib ki, hərbçilərin əksəriyyəti Simon Bolivar körpüsünün yerləşdiyi ərazidə sərhədi keçib.
Krüqer qeyd edib ki, venesuelalı hərbçilərin müraciətlərinə adi qaydada baxılacaq.
Mənbə:> Oxu.Az