Sergey Lavrov: “Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədi hazırlanır”
"Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır".
TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək: “Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək”.
S.Lavrov Qazaxıstanın da belə bir sənədin hazırlanmasına razılıq verdiyini bildirib.
Mənbə:> TASS