İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycandadır
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycanda səfərdədir.
Oxu.Az-ın məlumatına görə, Məhəmməd Hüseyn Baqeri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşərək.
Görüş zamanı hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı, terrorçuluğa qarşı mübarizə və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qonağın şərəfinə yanvarın 17-də ziyafət təşkil ediləcək.
Mənbə:> Oxu.Az