İran Azərbaycana kömək təklif etdi
Aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.
Bu barədə Oxu.Az-a Azərbaycan MN-dən bildiriblər.
Məlumata görə, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.
O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.
General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.
Mənbə:> AzNews.info