Məhəmməd Baqirinin Azərbaycana səfəri təxirə salınıb
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin Azərbaycana səfəri, onun iş qrafikində baş vermiş dəyişikliyə görə təxirə salınıb.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, səfərin yeni tarixi tərəflər arasında razılaşdırıldıqdan sonra elan olunacaq.
Qeyd edək ki, bu gün İran KİV İranın Silahlı Qüvvələri Baş Qərargahının ictimai əlaqələr şöbəsinə istinadla Azərbaycan müdafiə nazirinin rəsmi dəvəti əsasında general Məhəmməd Baqirinin hərbi heyətin müşayiəti ilə Azərbaycana səfər edəcəyini bildiriblər.
* * *10:33
İran silahlı qüvvələrinin Baş qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bageri yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Virtualaz.org xəbər verir ki, bu haqda İranın yarırəsmi “Mehr” agentliyi bildirir.
Məluata əsasən Məhəmməd Bageri Bakıya Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə gəlir. İki gün davam edəcək səfər zamanı İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq məsələləri, birgə sərhəd əməkdaşlığı, terrorçuluqla mübarizə və “regional hadisələr” müzakirə olunacaq.
General Bageri bu vəzifəyə təyin olunandan bəri ilk dəfədir Bakıya səfər edir.
Xatırladaq ki, ötən həftə Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov İsrailə səfər edib.
Mənbə:> Virtualaz.org