Meqan Marklla bağlı ingilis mediasında gözlənilməz xəbər
Şahzadə Harri ilə evlənməsindən aylar keçsə də onun ətrafındakı səs-küy səngimək bilmir.
Oxu.Az xəbər verir ki, bu haqda İngiltərə KİV məlumat yayır.
Belə ki, Meqanın Yamaykada keçirilən toy mərasimlərindən birində qonaqlara narkotik maddə verilib. Hətta Meqan özü buna vasitəçi olub. Həmin an onun ağlına belə gəlməzdi ki, 7 il sonra xəbər mediada yayımlanar.
Kral ailəsi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Mənbə:> Oxu.Az