Şahzadə Harri hərbi xidmətini başa vurdu
Şahzadə Harri on ildən artıq davam edən hərbi xidmətini başa vurdu.
Kensinqton sarayında kral ailəsinin nümayəndəsi üçün Birləşmiş Krallığın Silahlı Qüvvələrində xidmət etməyin böyük şərəf olduğunu bəyan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Sky News bildirib.
Qarşıdakı üç ayı şahzadə Namibiya, Cənubi Afrika, Tanzaniya və Botsvanda könüllü qismində keçirmək niyyətindədir.
Orada reyncerlər qrupunda o, filləri və kərgədanları brakonyerlərdən qoruyacaq.
Xidməti bitirmək niyyəti barədə Harri fevralda bəyan etmişdi. Həmin vaxt o, bu qərarı verməyin heç də asan olmadığını söyləmişdi.
“Mənə ordusuz nə edəcəyimi düşünmək qorxuludur”, - o deyib. Onun sözlərinə görə, xidmət ona böyük zövq verib.
Harri peşəkar hərbçidir. O, prestijli Sandherst akademiyasında oxuyub və kapitan rütbəsinə malikdir. 2007-2008-ci illərdə Harri Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib, sonra Avstraliyada xidmət edib.
Şahzadə Henri Uelski şahzadə Çarlz Uelski və şahzadə Diananın kiçik oğludur.
O, Britaniya taxtına vəliəhdlər sırasında beşincidir. Sarayda onu ailə arasında Harri kimi çağırırlar, bu ad mətbuatda da geniş yayılıb.
Mənbə:> Oxu.Az