ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı – YENİLƏNİB

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı

ABŞ hərbçilərini Suriya ərazisindən çıxarmağa başlayıb.

Bu barədə Ağ Ev açıqlama yayıb.

Məlumata əsasən, ABŞ hərbi qüvvələri 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp "Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik", - deyə bəyan edib.

* * *20:14

ABŞ Suriya ərazisindən bütün hərbçilərinin çıxarılmasını planlaşdırır.

Bu barədə “Reuters” nəşri amerikalı məmurlara istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Suriya ərazisinin İŞİD terror qruplaşmasından təmizlənməsi üzrə keçirilən hərbi əməliyyatın başa çatması ilə əlaqədardır.

Lakin mənbələr bu planın detallarını gizli saxlayıblar, həmçinin, ABŞ hərbi qüvvələrinin Suriyanı nə zaman tərk edəcəyi ilə bağlı məlumat verməyiblər.

Ekspertlər hesab edirlər ki, bu qərar rəsmən təsdiqlənərsə, onda ABŞ-ın Suriyada uzunmüddətli hərbi iştirakına dair fərziyyələr alt-üst olacaq. Bu həmçinin, Pentaqon rəhbəri Ceyms Mettislə yanaşı, İŞİD-in yenidən dirçəlişinin qarşısını almaq üçün Suriyada ABŞ hərbçilərinin mövcudluğunu vacib bilən digər yüksək vəzifəli amerikalı məmurların Ağ Ev qarşısında “məğlubiyyəti” olacaq.

Xatırladaq ki, dekabrın 16-da Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan etmişdi ki, ABŞ Suriyada hərbi kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *