Lukaşenko: “Minsk qrupu Qarabağın həlli üçün heç nə etməyib və etməyəcək”
"Ötən illər ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin gerçək həlli istiqamətində heç bir iş görməyiblər".
RİA Novosti xəbər verir ki, bunu Minsk şəhərində Rusiya jurnalistləri ilə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu onilliklər ərzində Dağlıq Qarabağ üzrə Minsk qrupu əlini ağdan qaraya vurmayıb və hər iki lider (Ermənistanla Azərbaycan rəhbərləri – red.) bir masada əyləşib, “Gəlin problemi insanların maraqları çərçivəsində həll edək” deməyənə qədər də etməyəcək”, - deyə dövlət başçısı qeyd edib.
Mənbə:> RİA Novosti