Britaniya səfiri: Qarabağ münaqişəsinin həlli bütün regiona xeyir gətirəcək
Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyir. Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycana deyil, bütün regiona xeyir gətirəcək.
Səfir bildirib: "Biz insan itkilərini görmək istəmirik və ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli üzrə səylərini dəstəkləyirik".
Mənbə:> Virtualaz.org